AZ

Erməniəsilli şahid: Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda 1 hərbi anbar yaradılıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq,terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağdayaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahidqismində ifadə verərkən deyib ki, R.Vardanyanın maliyyələşdirməsinəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla,ümumilikdə 3 hərbi anbar yaradılıb.

Trend xəbərverir ki, o, həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlışəxslərin mühafizə etdiyini bildirib. Həmin anbarlarda Ermənistanordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər.Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah vədöyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuzuçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatıolub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərinsilahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. RubenVardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycanaqarşı mübarizə aparmaq olub.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Seçilən
27
23
az.trend.az

10Mənbələr