AZ

Niyə Azərbaycanda nakrologiya üzrə özəl klinikalar yoxdur? 

Dünyada aktuallaşan problemlərdən biri də narkotikadır. Bu bəlaya aludə olanların sayı durmadan artmaqdadır. Ötən illərin  statistikasına görə  təkcə Bakı şəhəri üzrə 2023-cü ilin əvvəlində qeydiyyatda olan xəstələrin sayı 11 900 idisə, ilin sonunda bu rəqəm 12 200-ə yüksəlib. Onlardan 500 nəfəri qadındır. Ən dəhşətlisi isə narkotik istifadəçilərinin yaş həddi ilə bağlıdır.  

Ümumiyyətlə narkomaniyaya qarşı mübarizədə ən effektiv və optimal üsullar nələrdir? Ölkəmizdə bu sahədə həllini tapmayan hansı problemlər var? Qanunvericilikdə bununla bağlı dəyişikliklər olunmalıdır?  Niyə Azərbaycanda nakrologiya üzrə özəl klinikalar yoxdur? 


Mövzu ilə bağlı  Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya ilə mübarizə məsələləri üzrə mütəxəssis Emil Maqalov Referansa açıqlamasında bildirib ki, narkomaniya mövzusunda keçirilən təlim və tədbirlərin əksəriyyəti düzgün keçirilmir. Misal üçün QHT -lərə tapşırıqlar verilir ki, bu mövzuda tədbir keçirilsin. Həmin təşkilat da bu məsələyə aiddiyyatı olmayan şəxsləri toplayıb onlara bu mövzuda təlim keçirlər. Əslində isə belə təlimlərə cəmiyyətdə problemləri olan, qaydaları pozan və nadinc insanları cəlb etmək lazımdır.



Mütəxəssis onu da bildirib ki, belə tədbirlərdə hətta effektiv nəticə üçün onların öz anlayacaqları tərzdə onlarla ünsiyyət qurulmalıdır. Narkotikdən aludəçiləri ilə birbaşa danışılmalıdır. Bundan başqa əsasən ali məktəblərdə tələbələr arasında nüfuzlu tələbələri belə təlimlərə cəlb etmək vacibdir. Çünki onların digərlərinə təsir etmək imkanı olur.  Bu sahədə həllini tapmayan məsələlərdən biri odur ki, narkoman həm də potensial narkotik alverçisidir. Çünki  bu adam narkotikdən mütləq şəkildə istifadə etməyə məhkumdur. Bunun qarşısını almaq üçün mütləq müalicə olunmalıdır. Burada şəxs həm fiziki həm də psixi asılılığa düşür. Fiziki asılıqdan müalicə mümkün olsa da psixi cəhətdən asılılıqdan qurtulma çox çətindir. Şəxs birdən birə mühitini dəyişməli olur. Qanunvericiliyə əsasən 1 kiloqram narkotiklə həbs edilənlə 10 kiloqram narkotiklə həbs edilən şəxsə verilən cəza eynidir.  Yüngül və ağır narkotiklərlə də bağlı cəzalarda fərq yoxdur. Qanunvericilikdə belə şəxsləri müalicələrə göndərə bilsək bu istiqamətdə uğurlu nəticələr əldə edə bilərik.


Emil Maqalov onu da bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət dövlətin nəzarəti nəticəsində  digər ölkələrdən fərqli olaraq  çox yaxşıdır. İran kimi narkotikanın bol olduğu bir ölkə ilə sərhəddə olmağımıza baxmayaraq bizdə bu sahədə müsbət mənzərədir.


"Ölkəmizdə narkoloji sahədə özəl klinikaların olamamasının da öz səbəbləri var. Belə özəl klinikalar olarsa narkomanlarda arxayınlıq olacaq. Onlar düşünəcək ki, bu tibb müəssisələri onları sağaldacaq. Belə klinikaların yaradılmasında bir sıra maneələr mövcuddur. Cəmiyyətə yararlı şəxslərin içərisində narkotikdən əziyyət çəkənləri qorumaq üçün müəyyən addımlar atılmalıdır. Misal üçün kimsə peşəkar idmançıdır və ya 3 uşaq atasıdır ustadır. Bir sözlə bu sahə çox ağır bir sahə olduğu üçün bu istiqamətdə ciddi araşdırmalara ehtiyac var. Lakin hazırda bu mövzuda dövlət tərəfindən də araşdırmalar yoxdur", - deyə Emil Maqalov əlavə edib.



Bünyamin Bünyadzadə

Referans

Seçilən
36
referans.az

1Mənbələr