Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub.
“Report”un məlumatına görə, 1/4 finalda "Abşeron"la qarşılaşan "Naxçıvan" 102:60 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.