1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İşğaldan azad edilmiş ərazilərdə çərşənbə tonqalları qalanıb.
Oxu.Az xəbər verir ki, Zəngilan rayonu və Ağalı kəndində uzun illərdən sonra Yel çərşənbəsi qeyd olunub.
Doğma ocaqlarına köçürülən kənd sakinləri bayram tonqalı ətrafında rəqs ediblər.
Sakinlər bildiriblər ki, çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsini, həm də istiliyin, həyat enerjisinin və diriliyin rəmzini ifadə edir.
Həmçinin axşam saatlarında Füzuli və Cəbrayılda da bayram tonqalı yandırılıb.
Sakinlər xoş musiqi sədaları altında tonqa ətrafında toplaşıb çərşənbəni qeyd ediblər.