AZ

​Pakistanda qatara silahlı hücum təşkil edildi

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində qatara silahlı hücum təşkil edilib. Metbuat.az xəbər verir ki, hadisə zamanı qatarda 500-ə qədər insan olub. Yerli dairələrin məlumatına görə, silahlılar Kvettadan Pişəvərə gedən qatarı hədəfə alıblar. Qatarın Kvettadakı tuneldə silahlı şəxslər tərəfindən dayandırıldığı qeyd edilib. Təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyi və hadisənin nəzarət altına alınması üçün səy göstərildiyi bildirilib. Səhiyyə Nazirliyi bölgədəki xəstəxanada fövqəladə vəziyyət elan olunduğu və hadisə yerinə təcili yardım maşınlarının göndərildiyi barədə məlumat paylaşıb. 100 sərnişinin girov götürüldüyü barədə xəbərlər dərc edilib.

Qatarın saxlandığı ərazinin dağlıq ərazi olduğu və bunun şübhəlilərin gizlənmələrini və hücumu planlaşdırmalarını asanlaşdırdığı bildirilib. Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” üzərinə götürüb.

Seçilən
35
metbuat.az

1Mənbələr