AZ

Yel çərşənbəsində Xankəndi - FOTOLAR

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Modern.az xəbər verir ki, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb.

Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb. Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.

Seçilən
20
12
modern.az

10Mənbələr