AZ

Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası keçirilir

Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Sessiyanın yüksəksəviyyəli seqmentində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycanın qoşulduğu BMT-nin 3 əsas konvensiyaları və digər sənədləri ilə ümumbəşəri narkotiklər probleminin həlli istiqamətində üzərinə düşən öhdəliklərinə sadiq olduğunu, Azərbaycanda güclü siyasi iradə və prinsipial mövqe sərgilənməklə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparıldığını vurğulayıb. Eyni zamanda, bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən dəyişən, yeni təhdid və çağırışlara çevik reaksiya verməklə görülən kompleks tədbirlər, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotiklər barədə məlumat verib.

Sessiyada ümumbəşəri bəla olan narkotiklərlə mübarizə üzrə beynəlxalq müqavilələrin icrası, narkotik probleminin həlli və ona qarşı mübarizə aparmaq üçün 2019-cu il tarixli Nazirlər Bəyanatında əks olunan bütün öhdəliklərin milli, regional və beynəlxalq səviyyələrdə icrasına nəzarət və digər məsələlər müzakirə olunacaq.

Seçilən
32
yeniazerbaycan.com

1Mənbələr