AZ

Elektrik naqillərində qısaqapanma Şəki sakinini evsiz qoydu - FOTO/VİDEO

Şəkinin Baltalı kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Baltalı kənd sakini Kamil Həsənova məxsus evdə yanğın baş verib.
 

Hadisə yerinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsündürən texnikası və canlı qüvvəsi göndərilib. Yanğın nəticəsində 72 kvadratmetrlik evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb.  


Hadisə yerinin ilkin müayinəsi və araşdırmalardan sonra məlum olub ki, yanğın elektrik naqillərində baş verən qısaqapanma və qığılcımlardan sonra başlayıb.

Hadisənin təfərrüatları aşardırılır.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
11
bizim.media

1Mənbələr