AZ

Ukrayna ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini QƏBUL ETDİ

Ukrayna tərəfi ABŞ-nin dərhal, müvəqqəti 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Ciddədə baş tutan danışıqların yekunu ilə bağlı bəyanatda qeyd edib.

Bildirilib ki, bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməyə vəd edib.
 

Qeyd edilib ki, nümayəndə heyətləri danışıqlar aparacaq qrupların təşkilinə və Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edən davamlı sülhə nail olmaq üçün dərhal danışıqlara başlamağa razılaşıblar.


Həmçinin Zelenski və Tramp Ukraynanın mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığa gəliblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşün əsas müzakirə mövzusu Rusiya ilə münqişənin sülh yolu ilə həlli və Ukraynanın təhlükəsizlik təminatı məsələsi olub.

Bizim.Media

Seçilən
53
4
bizim.media

10Mənbələr