AZ

Günay Avropa çempionu olub, Əsmər bürüncə sahib çıxıb

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışda qadınlar arasında ilk medalçılar bəlli olub.

Azərbaycan idmançıları iki medala sahib çıxıblar.

Qadın güləşi
50 kq

Əsmər Cankurtaran bürünc uğrunda Songül Kavakla üz-üzə gəlib. 9:3 hesabı ilə qalib gələn Əsmər çempionatı 3-cü pillədə başa vurub.

59 kq
Günay Qurbanova finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşıb. İnamlı çıxış edən güləşçimiz 4:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr