AZ

Ağ Evdən ABŞ-Ukrayna danışıqları barədə AÇIQLAMA

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar müsbət və məhsuldar olub.

Azreform.info "Report"a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Ukrayna ilə danışıqlar barəsində bu gün boyunca aldığımız xəbərlər müsbət olub və görüş məhsuldar keçib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ciddə şəhərində keçirilən danışıqlar başa çatıb. Hər iki tərəf müzakirələrin yekunları ilə bağlı birgə bəyanat təqdim edəcək.

Seçilən
59
8
azreform.info

10Mənbələr