AZ

"Improve Group" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA

Improve Group

Digital Marketinq mütəxəssis

Son tarix 10 apr 2025 - [email protected]

Tələblər:

  • Google Ads, Facebook Ads və digər platformalarda hədəfli reklam kampaniyalarının qurulması və idarə edilməsi;
  • Kampaniyaların analizi və nəticələrin optimallaşdırılması;
  • Marketinq fəaliyyətləri ilə bağlı hesabatların hazırlanması;
  • Restoran, təhsil və nəşriyyat sahələrində iş təcrübəsi;
  • Marketinq üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
  • Azərbaycan dilini səlis bilməlidir və İngilis dili üstünlükdür;
  • Ənənəvi marketing sahəsində minimum 2 il iş təcrübəsi;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Sosial şəbəkələrdə reklam kampaniyalarının qurulması və idarə edilməsi təcrübəsi;
  • Reklam kampaniyalarının nəticələrinin analiz edilməsi və effektivliyini artırmaq üçün optimallaşdırma bacarığı;
  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
  • Təzyiq altında işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

  • Sosial media kanallarında (Meta, Instagram, LinkedIn, TikTok) reklamların idarə edilməsi və həftəlik brieflərin verilməsi;
  • Kontentlərin hazırlanması, story paylaşımlarının vaxtında icra olunması;
  • Google Search, Google Display, Google Analytics, Facebook Ads Manager, YouTube video reklamları, e-poçt və SMS marketinqi ilə əlaqəli bütün rəqəmsal marketinq fəaliyyətlərinin icra edilməsi;  
  • Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi (Düzgün Targetinqin qurulması və reklamın aktiv saatlarının müəyyən edilməsi), kampaniyaların yerləşdirilməsi və nəticələrin analiz edilməsi;
  • ROI-nin (Return on İnvestment) artırılması üzrə reklam büdcələrinin optimizasiyası;
  • Digital kanallar üzrə gələn trafiklərin ölçülməsi;
  • Google va Meta üzrə aylıq hesabatların verilməsi;
  • Vebsaytın SEO-ya optimizasiyası;
  • Vebsayt üzərində olan problemləri təyin edib aradan qaldırılması üçün təkliflər etmək;
  • Şirkətin brend və məhsul tanıtımında rəqəmsal trendlərin təqibi və tətbiqi;
  • Reklamların düzgün hədəf kütləsinə çatdırılması və yüksək performanslı nəticələrin əldə edilməsi, e-mail marketinq;
  • Rəqəmsal marketinq analitika alətləri vasitəsilə müştəri davranışlarının və reklam nəticələrinin analiz edilməsi;
  • Sosial media kanallarında reklam strategiyasının qurulması, KPI-ların izlənməsi və optimallaşdırılması;
  • İşlərin düzgün koordinasiyası və brieflərin effektiv icrasına nəzarət;
  • Tədris sahəsindəki reklamların hədəfə uyğun hazırlanması və yüksək müraciətlərin təmin edilməsi;
  • Həftəlik iclaslara qatılmaq və görülən işlər haqqında hesabat təqdim etmək;
  • Ən yeni rəqəmsal marketinq trendlərini izləyərək yeniliklərin tətbiqi.

İş şəraiti:

  • ARƏM uyğun işə qəbul;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • 6 günlük iş qrafiki
  • Əmək haqqı: 800-1000 AZN

Tələblərə cavab verən namizədlər öz CV-ləri ilə birlikdə portfolionu və ya iş nümunələrini “Digital Marketinq mütəxəssis” başlığı ilə elektron poçtuna göndərə bilərlər.

Seçilən
38
fed.az

1Mənbələr