AZ

"Zeta Group" işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA

Zeta Group

Mağaza meneceri (Geyim sektoru)

Son tarix 10 apr 2025 - [email protected]

Namizədə tələblər:

  • Xanım namizəd
  • İş təcrübəsi: Satış sahəsində 5+ il
  • Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla)
  • Kompyuter bilikləri: 1C 8.3 (əla)

Şəxsi keyfiyyətlər:

  • Problemləri həll etmə bacarığı
  • Düzgünlük və Dəqiqlik
  • Analiz etmə bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək VM (Vizual Merçendayzinq);
  • Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək;
  • Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq;

İş şərtləri:

  • İş vaxtı: 2 növbəli qrafik 
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət  
  • Əmək haqqı 1000 AZN + satışdan bonuslar 

Maraqlanan şəxslər öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Seçilən
20
fed.az

1Mənbələr