İran ABŞ prezidenti Donald Trampın nüvə proqramı üzrə danışıqlar təklifinə mənfi cavablar almaqda davam edir.
Turkustan.az xəbər verir ki, İranın ali dini lideri Əli Xamneyinin ardınca İran prezidenti Məsud Pezeşkian da danışıqlar təklifini açıq şəkildə rədd edib.
Pezeşkian Trampın İrana qarşı maksimum təzyiq siyasətinə də işarə edərək, "Mən sizinlə təhdid altında danışıqlar aparmayacağam. Nə istəsəniz edin" deyib. Pezeşkian da Trampın hərbi müdaxilə ilə bağlı danışmasına “Biz heç kimlə münaqişəyə girmək istəmirik, lakin bu, boyun əyəcəyik demək deyil” deyə cavab verib.
Tramp Fox Business-ə müsahibə verərək, İranla ya sövdələşmənin, ya da hərbi müdaxilənin ola biləcəyinə işarə edib.
Pezeşkiyan ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında gedən debata da toxunaraq, “Trampın Zelenskiyə münasibəti biabırçı idi” deyib.
Aytən Yaşar/ Turkustan.az