Tərtər. Trend:
Tərtərdə iki "VAZ" markalı minik maşınlarının toqquşmasınəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Trend-in yerlibürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş verib.Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü Yaqubİsbəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü EmilAğayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov vəAğdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü ÜmidXıdırov isə yaralanıb.
Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.