AZ

Ərdoğan: "Allah bizi qardaş qovğasından qorusun!"

Türkiyə prezidenti Ərdoğan dünən Suriya keçid hökuməti ilə ABŞ-ın dəstəklədiyi YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri arasındakı razılaşmaya ilk münasibətini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan "Fələstinlilərlə Qardaşlıq" İftarında danışıb.

O bildirib ki, qonşu Suriyanın ərazi bütövlüyünü, birlik və həmrəyliyinin gücləndirilməsinə böyük əhəmiyyət verir: "Biz bunu ilk gündən həmişə müdafiə etmişik və Suriyanın terrordan təmizlənməsi üçün hər cür səyi düzgün istiqamətdə atılmış addım kimi görürük. Dünən əldə olunan razılaşmanın həyata keçirilməsi Suriyanın təhlükəsizliyinə və sülhünə xidmət edəcək. Bunun qalibi isə bütün suriyalı qardaşlarımız olacaq. Qardaşlığımızı ucaldacaq oyunları poza və gələcəyimizi təmin edə bilərik. Allah bizi qardaş qovğasından qorusun!"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
11
mia.az

1Mənbələr