Zelenski ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib.
ABŞ-nin atəşkəs təklifi təkcə hava və dəniz deyil, bütün cəbhə xəttini əhatə edir.
Operativ media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna lideri Ciddə danışıqlarından sonra çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib.
O qeyd edib ki, atəşkəs müsbət təklifdir.