AZ

Aİ Ukraynada atəşkəs təklifini dəstəkləyib

Avropa İttifaqı (Aİ) Ukraynada atəşkəs, ABŞ-ın hərbi təchizatının bərpası və kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsi elanı təklifini dəstəkləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta bildiriblər.
"Aİ Ciddədən ABŞ-Ukrayna danışıqları, o cümlədən atəşkəs təklifi və ABŞ kəşfiyyatı və hərbi yardımının bərpası ilə bağlı xəbəri alqışlayır. Brüssel hesab edir ki, bu addımlar Ukraynada uzunmüddətli sülh üçün müsbət irəliləyişdir.

Seçilən
35
ucnoqta.az

1Mənbələr