“Liverpul”un hücumçusu Məhəmməd Salah yeni müqavilə üçün klubla danışıqlar aparır.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı misirli futbolçunun hazırkı müqaviləsi bu ilin iyulunda başa çatır. Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik razılıq əldə olunmayıb. “Qırmızılar”ın rəhbərliyi ulduz futbolçunu komandada saxlamaqda qərarlıdır və bu məsələdə optimistdir.
Salah bu mövsüm Arne Slotun komandasının heyətində 41 matçda 32 qol vurub və 22 məhsuldar ötürməyə imza atıb.
Hücumçu 2017-ci ilin yayından Mersisaydlıların rənglərini təmsil edir.