AZ

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib, lakin bir şərtlə » AzadMedia.az

ABŞ Ukraynaya silah tədarükünü bərpa edib, iddialara görə, Ukrayna Silahlı Qüvvələri onlardan yalnız müdafiə məqsədilə istifadə edəcək. Bu barədə “Clash Report” portalı “məlumatlı mənbələrə” istinadən xəbər verir.

“Birləşmiş Ştatlar Ukraynaya adi döyüş sursatları verməyə razılaşıb, bir şərtlə ki, bütün yardımlar “yalnız müdafiə məqsədləri üçün” göstərilsin”.

Martın 11-də məlum olub ki, Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini, həmçinin təhlükəsizlik sahəsində yardımı bərpa edib. Bu, Ukrayna və Amerika nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların nəticələrindən biri olub.

Bundan əlavə, Ukrayna tərəfi ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Ukrayna prezidenti Vladimir Zelenskinin saytındakı bir nəşrdə deyilir ki, ABŞ hakimiyyəti bu məlumatı Rusiyaya çatdıracaq və sülhə nail olmağın açarının bu məsələdə “qarşılıqlılıq” olduğunu izah edəcək.

Seçilən
21
1
azadmedia.az

2Mənbələr