Bəyanat ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında danışıqların bitməsindən sonra verilib.
ABŞ və Rusiya martın 11 və ya 12-də Ukraynada nizamlanmaya dair danışıqlar aparacaq.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Rusiya ilə daha sonra, bu gün və ya sabah görüşəcəyik”, - bəyanatda bildirilir.
Qeyd edək ki, bu bəyanat ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında danışıqların bitməsindən az sonra verilib.
Görüş doqquz saat davam edib .