Birləşmiş Ştatlar Kanada sakinlərinin ölkədə uzun müddət qaldıqda qeydiyyatdan keçmələrini tələb etmək niyyətindədir...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti iki Kanada rəsmisinə istinadən yazır.
"Birləşmiş Ştatlar ölkəyə 30 gün və ya daha çox müddətə səfər edən kanadalıların yerli hakimiyyət orqanlarında qeydiyyatdan keçməsini tələb edən qanun tətbiq etməyə başlayacaq", nəşr yazır.
Kanada rəsmiləri bildiriblər ki, Kanada hökuməti artıq qərarla bağlı məlumatlandırılıb.
Bundan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Kanada polad və alüminiumuna tariflərin 50%-ə qaldırılması barədə göstəriş verib. Amerika lideri bu qərarın martın 12-i səhər saatlarında qüvvəyə minəcəyinə aydınlıq gətirib.
Ağ Evin mətbuat katibi Caroline Levitt isə daha sonra Kanadanın ABŞ-ın qonşusu və müttəfiqi olmağa davam etdiyini, lakin iki ölkə arasında münasibətlərin son vaxtlar rəqabət əlamətləri göstərməyə başladığını bildirib. Bununla o, ABŞ-nin 51-ci ştatı olsa, Kanadanın vəziyyətinin daha yaxşı ola biləcəyi ilə bağlı Vaşinqtonun əvvəlki fikrini təkrarlayıb.
Poliqon.info