Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında komanda hesabında birinci yeri tutan Azərbaycanın sərbəst güləş millisi vətənə qayıdıb.
Offsideplus.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qitə çempionlarının qarşılanma mərasimi keçirilib.
Xatırladaq ki, yarışda böyük uğur qazanan komandamızın heyətində Arseniy Djioyev (86 kq) qızıl medal qazanaraq Avropa çempionu olub. Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş medala sahib çıxıblar. Rəhman İmanov (61 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal əldə ediblər.
Yığmamız yarışa böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yollanmışdı.