Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə atəşkəs təklifinin təfərrüatlarını açıqlayıb.
Bu haqda “Reuters” məlumat yayıb.
Ukrayna lideri bildirib ki, ABŞ-nin təklifi təkcə hava və dəniz deyil, bütün cəbhə xəttinə aiddir.
Zelenski Ciddə danışıqlarından sonra çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir.
"Cebheinfo.az"