AZ

Günay Qurbanova Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.

Əsmər Cankurtaran (50 kq) türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.

Günay Qurbanova (59 kq) isə finalda italiyalı Aurora Russoyla qarşılaşıb. U20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı Günay debüt etdiyi U23 Avropa çempionatının qalibi olub.

 

Seçilən
16
fanat.az

1Mənbələr