Bu gün axşam saatlarında Rusiya ordusu Odessa dəniz ticarət limanına ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində xarici gəminin dörd ekipaj üzvü həlak olub.
Axar.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aat 20:15 radələrində Odessada hava hücumu həyəcanı elan edilib və bir neçə dəqiqə sonra şəhərdə güclü partlayış baş verib. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı rusların şəhərə ballistik raket atdığını qeyd edib.
"İlkin məlumata görə, “MJ Pinar” gəmisinin dörd ekipaj üzvü həlak olub, daha bir dənizçi isə yaralanıb. Şirkətin göyərtədə olan əməkdaşı da yaralanıb”, - məlumatda vurğulanıb.