UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.
“Barselona” evdə “Benfika”nı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Barselona” 1/4 final mərhələsinə adlayan ilk komanda olub.
Günün mərkəz oyununda “Liverpul” PSJ-ni qəbul edib. Qarşılaşmanın əsas vaxtı Fransa təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İlk görüş İngiltərə klubunun 1:0 hesablı qələbəsilə yekunlaşdığına görə matçda əlavə vaxt oynanılıb. Lakin, qalib penaltilər seriyasında məlum olub. Penalti zərbələrini daha dəqiq yerinə yetirən PSJ (1-4) qalib gələrək 1/4 final mərhələsinə çıxıb.
“İnter” “Feyenoord”la mübarizədən qalib çıxıb – 2:1. “Bavariya” isə “Bayer 04”ün qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
“Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) – 3:1 (İlk oyun - 1:0)
“Liverpul” (İngiltərə) - PSJ (Fransa) – 0:1, (penlatilər - 1-4) (İlk oyun - 1:0)
“İnter” (İtaliya) - “Feyenoord” (Niderland) – 2:1 (İlk oyun - 2:0)
“Bayer 04” (Almaniya) - “Bavariya” (Almaniya) – 0:2 (ilk oyun - 0:3)
Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı bu gün keçiriləcək.