AZ

ÇL:"Barselona", "İnter", "Bayern Mûnhen" və PSJ 1/4 finalda

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 matç baş tutub.

Daha erkən başlayan oyunda “Barselona” səfərdə məğlub etdiyi “Benfika”nı evdə də yenərək ilk 1/4 finalçı olub.

“Feyenoord”la qarşılaşan “İnter” də qonaq qismində üstələdiyi rəqibinə Milanda da şans veməyib.

“Bayern Münhen” evdə darmadağın etdiyi “Bayer Leverkuzen”lə səfər oyunundan da qalib ayrılıb.

Ən maraqlı görüşlərdən biri “Liverpul”la PSJ arasında keçirilib. Parisdəki ilk oyunda 0:1 hesabı ilə uduzan Fransa komandası İngiltərədə 1 wol vuraraq ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda qol vurulmadığı üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən PSJ 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/8 finalın daha dörd cavab matçı sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart

“Barselona” (İspaniya) “Benfika” (Portuqaliya) 3:1
Qollar: Rafinya, 11; 42. Yamal, 27 – Otamendi, 13.
İlk oyun – 1:0.

“Liverpul” (İngiltərə) PSJ (Fransa) 0:1 (penaltilər 1:4)
Qol: Dembele, 12.
İlk oyun – 1:0.

“İnter” (İtaliya) “Feyenoord” (Niderland) 2:1
Qollar: M.Türam, 8. H.Çalhanoğlu, 51-pen – Moder, 42-pen.
İlk oyun – 2:0.

“Bayer Münhen” (Almaniya) “Bayern Leverkuzen” (Almaniya) 0:2
Qollar: Keyn, 52. A.Deyvis, 71.
İlk oyun – 0:3.

Seçilən
38
3
fanat.az

4Mənbələr