AZ

Doğum haqqında bərpa akt qeydinin 12-ci qrafasında valideynlərin milliyyətləri göstərilir

Doğum haqqında bərpa akt qeydinin 12-ci qrafasında valideynlərin milliyyətləri göstərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Milliyyəti təsdiq edən sənəd təqdim edilmədikdə “Məlumat təqdim edilməyib” sözləri yazılır. 13-cü qrafada doğum haqqında akt qeydinin bərpa edilməsinin əsasları (qeydiyyat şöbəsinin rəyi, məhkəmənin qərarı) qeyd olunur. 14-cü qrafa doğum haqqında akt qeydinin bərpa edilməsi üçün müraciət etmiş şəxs tərəfindən imzalanır. 15-ci qrafada verilən doğum haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir.  16-cı “Qeydlər üçün” qrafada doğum haqqında akt qeydinin bərpası etibarnamə əsasında həyata keçirildikdə nümayəndənin şəxsiyyətinə və etibarnaməyə dair məlumatlar yazılır.

 

Seçilən
19
heftelik.az

1Mənbələr