AZ

Vətəndaşlıq vəziyyəti akt qeydlərinin hər bir növünə ayrıca nömrə yazılır

Vətəndaşlıq vəziyyəti akt qeydlərinin hər bir növünə ayrıca nömrə yazılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

Akt qeydlərinin birinci və ikinci nüsxələri eyni vaxtda tərtib edilir və eyni sıra nömrəsi ilə nömrələnir. Bərpa edilən akt qeydinin nömrəsindən sonra “b” simvolu yazılır. Akt qeydlərinin hər iki nüsxəsi qeydiyyat şöbəsinin, nikah evinin, konsulluq idarəsinin və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi, habelə akt qeydini tərtib etmiş əməkdaş tərəfindən ayrı-ayrılıqda imzalanır və möhürlə təsdiq edilir.

Seçilən
13
heftelik.az

1Mənbələr