AZ

Konstruksiyaların elektrokimyəvi üsulla mühafizəsi belə olur

Konstruksiyaların elektrokimyəvi üsulla mühafizəsi layihələndirilərkən dəmir-beton boru kəmərlərinin metalı üzrə elektrik keçiriciliyinin fasiləsizliyini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.

Qrunt su ekstraktının (DÜİST 9.602) və ya qrunt sularının tərkibində xlor ionlarının aşağıda şərh olunan miqdarında (mq/l ilə), yeraltı dəmir-beton boru kəmərlərini elektrokimyəvi üsullarla korroziyadan qorunmalıdır:

– vibrohidropreslənmiş borular üçün (DÜİST 12586.0) – 500-dən çox;

polad özəkli borular üçün:

– betonun mühafizə qatının sukeçirməzlik üzrə markası W4 və çatın yolverilən açılma eni 0,1 mm olduqda – 300-dən çox;

– betonun mühafizə qatının sukeçirməzlik üzrə markası W4-dən az və çatın yol verilən açılma eni 0,2 mm olduqda – 150-dən çox olduqda.

Seçilən
26
heftelik.az

1Mənbələr