ABŞ Prezidenti Donald Tramp ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri və “Tesla” şirkətinin baş direktoru İlon Maska dəstəyini nümayiş etdirmək üçün “Tesla” avtomobili alıb.
Heftelik.az-ın məlumatına görə, Donald Tramp və İlon Mask Ağ Evin bağçasına gətirilən avtomobillə kameralar qarşısına keçib.
Normalda özü avtomobil sürmədiyini, lakin Maska dəstəyini göstərmək üçün avtomobil alacağını qeyd edən Tramp deyib ki, bu avtomobili alacaq, çünki bir nömrəli, əla məhsuldur. ABŞ Prezidenti İlon Maskın enerjisini və həyatını “Tesla”-ya həsr etdiyini də vurğulayıb və ona qarşı haqsızlığı yolverilməz sayıb.