AZ

Tramp İlon Maska dəstək göstərmək üçün Tesla avtomobili alıb

ABŞ prezidenti Donald Tramp baş müşaviri və Tesla şirkətinin baş direktoru İlon Maska dəstəyini göstərmək üçün Tesla avtomobili alıb.

ABŞ Prezidenti Tramp, Mask ilə birlikdə kameralar qarşısına keçərək Ağ Evin bağçasına gətirilən Tesla avtomobilləri ilə şəkil çəkdirib.

Operativ Media xəbər verir ki, normal şəraitdə avtomobil idarə etmədiyini, lakin Maska dəstəyini vurğulamaq üçün bir avtomobil alacağını bildirən Tramp, “Alacağam, çünki birincisi, bu, möhtəşəm bir məhsuldur, mümkün qədər yaxşıdır. İkincisi, bu adam enerjisini və həyatını buna həsr edib və düşünürəm ki, ona haqsızlıq edilib” – deyə bildirib.

ABŞ Prezidenti, Tesla dilerlərinə qarşı zorakılıq hadisələrinin “daxili terror aktı” kimi qiymətləndiriləcəyini və bu cür əməllərin icraçılarını ağır nəticələrin gözlədiyini vurğulayıb.

Ağ Evdə park edilmiş avtomobil filosundan qırmızı Tesla Model S seçən Tramp, avtomobilin içinə minərək kameralara poza verib.

Tramp, “İndi birini alacağam. Pis xəbər odur ki, idarə etməyə icazəm yoxdur, çünki uzun müddətdir avtomobil sürmürəm. Avtomobil sürməyi çox sevirəm, amma onu Ağ Evdə sürəcəyəm və heyətimin istifadə etməsinə icazə verəcəyəm. Mənim idarə etməyimə icazə yoxdur”, - deyə bildirib.

Seçilən
6
operativmedia.az

1Mənbələr