2024-cü ildə “Bank Avrasiya”nın problemli kreditləri 13,38 milyon manata yüksəlib.
“Yeni Sabah”ın hesablamasına görə, bu, 2023-cü illə müqayisədə 75% və ya 5,73 milyon çoxdur. 2023-cü ildə bankın problemli kreditləri 7,66 milyon manat təşkil edib.
Bu dövrdə Bankın problemli biznes kreditləri 7,06 milyon manatdan 10,62 milyon (3,56 milyon manat artım) manata kimi yüksəlib. Problemli istehlak kreditləri əvvəlki illə müqayisədə 68% artaraq 319,9 min manata, problemli daşınmaz əmlak kreditləri isə 6 dəfə artaraq 2,44 milyon manata çatıb. Problemli kreditlərin ümumi portfeldə çəkisini isə 7,9%-dən 12,3%-ə kimi yüksəlib.
Bankın ümidsiz kreditləri, yəni 1 il və daha artıq müddətdə gecikdirilən kreditləri isə 2,2 mln. manatı ötüb.
Qeyd edək ki, 90 gündən artıq gecikdirilən kreditlər problemli kreditlər hesab edilir.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.
Telegram kanalımız