“Liverpul” Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb.
Futbolpress.az xəbər verir ki, “qırmızılar” bu raundda PSJ səddini aşa bilməyib. İlk oyunda parisliləri 1:0 hesabıyla məğlub edən “Liverpul” cavab görüşündə penaltilər seriyasında uduzub – 1:4.
Matçdan sonra “Liverpul”un misirli hücumçusu göz yaşını saxlamayıb. O, tribunalara gedərək məyus olduğunu göstərib.