AZ

İsgəndər Əsgərov Gürcüstan yığmasının oyununda

Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

O, AVRO-2026-nın seçmə mərhələsinin Gürcüstan – Bosniya və Herseqovina matçına təyinat alıb. Əsgərov bu qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

İdman.biz

Seçilən
39
idman.biz

1Mənbələr