Ötən gecə Çempionlar Liqasının növbəti həyəcanı yaşanıb. Beləki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında İngiltərə Premyer Liqasının lideri "Liverpul" evdə Fransa çempionu PSJ-yə penaltilər seriyasında məğlub olub - 1:4.
News365.az xəbər verir ki, əsas vaxt Paris klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. 12-ci dəqiqədə fransız hücumçu Usman Dembele fərqlənib. Penaltilər seriyasında isə PSJ-nin futbolçuları daha güclü olub.
PSJ 1/4 finalda Aston Villa - Club Brugge matçının qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1/8 final, cavab oyunu
Liverpul - PSJ - 0:1, əlavə vaxt - 0:0, penaltilər - 1:4 (video), (ilk oyun - 1:0)
Ousmane Dembele, 12
İtaliya çempionu "İnter" və "Bavariya" Çempionlar Liqasında 1/4 finala yüksəlib.
1/8 final mərhələsinin cavab oyununda “İnter” öz meydanında Hollandiyanın “Feyenoord” klubuna fransalı hücumçu Markus Tyuram və türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlunun qolları sayəsində 2:1 hesabı ilə qalib gəlib.
Ermənistan millisinin sabiq yarımmüdafiəçisi Henrix Mxitaryan "İnter"in start heyətində meydana daxil olaraq bütün oyunu keçirib.
"İnter"in 1/4 finaldakı rəqibi Almaniya çempionu "Bayer Leverkuzen"i mübarizədən kənarlaşdıran "Bavariya" olacaq.
Cavab görüşündə münhenlilər 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/8 final, cavab matçları
İnter - Feyenoord - 2:1 (video), (ilk oyun - 2:0)
Marcus Thuram 8, Hakan Calhanoglu 51 (pen) v Jakub Moder 42 (pen)
"Bayer" - "Bavariya" - 0:2 (video), (ilk oyun - 0:3)
Harri Keyn, 52, Alphonso Davies, 71News365.az
21:45. “Barselona” (İspaniya) 3-1 “Benfika” (Portuqaliya)
İlk oyun - 1:0.
News365.az