AZ

PSJ "Liverpul" səddini keçdi - VİDEO

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

"Unikal" xəbər verir ki, azarkeşlər dörd qarşılaşmaya şahidlik ediblər. Portuqaliyadakı ilk matçda “Benfika”nı 1:0 hesabı ilə məğlub edən “Barselona” bu dəfə Lissabon təmsilçisini doğma meydanda sınağa çəkib. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayıb.

Maraqla gözlənilən digər görüş isə İngiltərədə reallaşıb. Burada “Liverpul” Fransanın PSJ klubunu qəbul edib. Komandalar arasında Parisdə keçirilmiş ilk görüş ingilislərin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Qarşılaşma gecə saat 00:00-da başlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

11 mart

21:45. “Barselona” (İspaniya) 3-1 “Benfika” (Portuqaliya)

İlk oyun - 1:0.

00:00. “Liverpul” (İngiltərə) 1-4 PSJ (Fransa)-penaltilər

İlk oyun - 1:0.

00:00. “İnter” (İtaliya) 2-1 “Feyenoord” (Niderland)

İlk oyun - 2:0.

00:00. “Bayer” (Leverkuzen, Almaniya) 0-2 “Bavariya” (Almaniya)

İlk oyun - 0:3.

Qeyd edək ki, bu raundun digər oyunları martın 12-də keçiriləcək.

Seçilən
79
50
unikal.az

10Mənbələr