AZ

Moskva bu şərtlə atəşkəslə razılaşa bilər

Rusiya rəhbərliyi Ukraynada atəşkəs rejiminin tətbiqi təklifi ilə razılaşa bilər, lakin əvvəlcə Qərb dövlətləri münaqişə zonasına silah tədarükünü dayandırmalı olacaqlar.

"Unikal" xəbər verir ki,  bunu rusiyalı politoloq Sergey Markov yerli KİV-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu koalisiyanın bütün iştirakçıları Rusiya Federasiyası ilə müharibə vəziyyətindədirlər. "Bu baxımdan onların atəşkəs sazişinə qoşulması məntiqli və dürüst addım olardı", deyə Markov bildirib. 

Martın 11-də Kiyev Vaşinqtonun münaqişə zonasında 30 gün müddətinə atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Səudiyyə Ərəbistanı ilə danışıqlardan sonra Ukrayna və Amerika tərəfləri ABŞ-nin bu məlumatı Rusiya Federasiyasına çatdırmağı planlaşdırdığı birgə bəyanat yayıb.

Gülayə Mecid

Seçilən
3
unikal.az

1Mənbələr