AZ

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Astara, 12 mart, İlkin Adıyev, AZƏRTAC

Astarada nəqliyyat vasitəsi orta yaşlı kişini vuraraq öldürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Astara şəhəri ərazisində baş verib.

Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
1
azertag.az

2Mənbələr