AZ

4,8 bal gücündə zəlzələ: Evlərdə çatlar meydana gəldi

Gecə saat 22.03-də episentri İraqın Ərbil şəhərində, 7 kilometr dərinlikdə 4,8 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, zəlzələ Türkiyənin Hakkari və onun rayonlarında da hiss olunub.

Yüksekovada baş verən zəlzələdən sonra vətəndaşlar özlərini küçələrə atıblar. Zəlzələdən sonra Yüksekovada bir çox evdə çatlar əmələ gəlib.

Zəlzələ ilə bağlı rayon məscidlərindən anonslar edilib. Bildirilib ki, məscidlər vətəndaşların üzünə açıq qalacaq.

Yeşiltaş kəndində vətəndaşlar evlərinin qarşısında od yandıraraq çöldə gözləyiblər.

Günel Məlikzadə

Seçilən
25
2
news24.az

3Mənbələr