Ukrayna Prezidenti Vladimir Zelenski Ciddədə keçirilmiş ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama verib.
AzPost həmin açıqlamaları təqdim edir:
▪️ Amerika tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qəbul edir, komandalarımız arasında konstruktiv söhbətə görə prezident Trampa təşəkkür etmək istəyirəm.
▪️ Amerika tərəfdən təklif olundu ki, tərəflər dərhal ilk addımı atmalıdır. Təkcə raket, PUA və bombalarla bağlı yox bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq.
▪️ ABŞ Rusiyanı buna inandırmalıdır.
▪️ Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirməyə və ya davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Tam həqiqətin ortaya çıxma vaxtıdır.