Azərbaycan Mərkəzi Bankının elektrik sistemləri və avadanlıqları üçün ehtiyat hissələrinin alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 389 501 AZN olub.
Cabir Həsənov
Tarix: 12 Mart 2025, 09:53