Türkiyədə güclü zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, yeraltı təkanlar Hakkari vilayətində 4.8 bal gücündə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin dərinliyi 7 km olub.
AFAD tərəfindən verilən açıqlamada bildirilib:
"Saat 21:03-də İraqın Ərbil şəhərində 4,8 bal gücündə zəlzələ baş vermişdir. Ölkəmizdəki ən yaxın yaşayış məntəqəsi olan Hakkari vilayətinin Yüksəkova rayonuna 8,8 km məsafədədir. Zəlzələdən sonra, hazırda ölkəmizdə hər hansı bir mənfi məlumat daxil olmamışdır. İnkişafı izləyirik”.
Hakkari valisi və bələdiyyə sədri vəzifəsini icra edən Ali Çelik sosial media hesabında etdiyi açıqlamada baş verən zəlzələnin bütün rayonlarda hiss edildiyini bildirib.
Çelik "İlkin məlumata görə, rayon mərkəzlərində və kəndlərimizdə ciddi bir problem barədə bildiriş və ya təsbit yoxdur. Lakin kəndlər də daxil olmaqla bütün yaşayış məntəqələrində vəziyyəti qiymətləndirmək üçün komandalarımız təyin edilmişdir. Keçmiş olsun, Uca Tanrı şəhərimizi və ölkəmizi bütün fəlakətlərdən qorusun." ifadələrini işlədib.
Aytac Şahin
Telegram kanalımız