AZ

Azərbaycan yığması Lüksemburqla üz-üzə

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.

12 mart

Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)
Bayıl stadionu. Saat 16:00
Baş hakim: Eqlantina Pyetruşa (Albaniya)
Baş hakimin köməkçiləri: Erinda Kume (Albaniya), Sopo Tsulaia (Gürcüstan)
Dördüncü hakim: Mzevinari Şaranidze (Gürcüstan)

Seçilən
1
1
futbolpress.az

2Mənbələr