AZ

"Barselona"nın futbolçusu Kaka, Rivaldo və Neymarın rekordunu qırıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında (ÇL) həmyerliləri Kaka, Rivaldo, Jardel, Firmino və Neymarın rekordunu yeniləyib.

"Report" "Opta Sports"a istinadən xəbər verir ki, 28 yaşlı vinger buna evdə "Benfika"ya qalib gəldikləri (3:1) 1/8 finalın cavab oyununda dubl etməklə nail olub.

O, braziliyalı oyunçular arasında bir turnirdə vurulan qolların sayına görə rekord müəyyənləşdirib. Rafinya cari mövsüm ÇL-də 11 dəfə rəqib qapılarına yol tapıb.

İndiyədək Kaka (2006/2026), Rivaldo, Jardel (hər ikisi 1999/2000) Roberto Firmino (2017/2018) və Neymar (2014/2015) bir yarışda 10 dəfə fərqlənə biliblər.

Qeyd edək ki, Rafinya cari mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 27 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
1
report.az

2Mənbələr