Futbolçunun keçidini nə vaxt açıqlayacaqsız? Müqavilə nə vaxt imzalancaq? Bu sualları “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynova ünvanladıq:
“Bu yöndə hansısa yenilik yoxdu. Hər bir transferdə olduğu kimi, müəyyən prosedurlar var. Burda da həmin prosedurlar davam edir. Sonda hər şey müsbət olsa, müqavilə imzalanacaq, bu barədə rəsmi açıqlama veriləcək”.
Maraq üçün qeyd edək ki, “bələdçi” ləqəbli yamaykalı futbolçu sonuncu dəfə İraqın “Ərbil” klubunda çıxış edib.
ƏSƏD SEYİDOV