Bu gün Baaketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, bu gün son yarımfinalçılar məlum olacaq. Baş tutacaq 2 matçdan 1-cisi 16:00-da keçiriləcək. "Sərhədçi" "Gəncə" kollektivi ilə üz-üzə gələcək. 19:00-da isə "Sabah" və "Neftçi" yarımfinal üçün güclərini sınayacaq. Hər iki qarşılaşma Bakı İdman Sarayında olacaq.
Qeyd edək ki, kubok görüşləri 1 oyundan ibarət olur.
12 mart
16:00 "Sərhədçi" - "Gəncə"
Bakı İdman Sarayı
19:00 "Sabah" - "Neftçi"
Bakı İdman Sarayı