Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Qorkiya yaşayış məntəqəsini nəzarətə götürüb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, kənd Rusiya ordusunun cənub qruplaşması tərəfindən ələ keçirilib. Nazirlik əlavə edib ki, bölgədə döyüş əməliyyatları davam edir.