AZ

8 martda hədiyyə almayan qadınlara psixoloji dəstək

Yazını böyüt
Yazını kiçilt

Rusiyada 8 Mart Beynəlxalq Qadınlar Günündə hədiyyə ala bilməyən qadınlara psixoloji dəstək xidmətləri göstərilməyə başlanıb.

Hafta.az-ın “Moskviçmag”a istinadən yazdığına görə, sevgilisi və ya həyat yoldaşı olmayan qadınların bu özəl gündə özlərini kənarda hiss etdikləri, bəzi psixoloqların isə bu vəziyyəti yüngülləşdirmək üçün pulsuz terapiya seansları keçirməyi təklif etdikləri bildirilir. Küçələrdə çiçəklərlə gəzən qadınları görən və özünü tənha hiss edən bir çox insan bu yeni xidmətə maraq göstərib.

Təşəbbüsü başlayan şəxslərdən biri də Moskvanın Domodedovo rayonunda yaşayan, özünü psixoloq və MAK-terapevt kimi təqdim edən Marinadır. O, sosial şəbəkədə verdiyi açıqlamada pulsuz seanslarının iştirakçılarına “Niyə sizin kimi birinə hədiyyə alınmayıb?” sualına cavab verəcəklərini və meditasiya yolu ilə mənfi emosiyalardan qurtulmalarına kömək edəcəklərini bildirir. Seanslar zamanı qadınların özünə inamını artırmaq üçün üsullar tətbiq edəcəyini, sağlam münasibətlər qurmaları üçün məsləhətlər verəcəyini bildirir.

Bununla belə, bu pulsuz xidmətin arxasında kommersiya strategiyasının olduğu da düşünülür. Marina sosial mediada paylaşdığı elanlarla diqqət çəkir və pulsuz seanslardan sonra insanları pullu konsultasiya xidmətlərinə yönləndirir. Buna görə də bir çox insan bu cür psixoloji dəstək kampaniyalarının əslində müştəriləri cəlb etmək üçün marketinq taktikası ola biləcəyini deyirlər.

Seçilən
18
hafta.az

1Mənbələr